Dünya

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 50-ni keçib

8 Sentyabr 2019 17:22
0 Şərh     Baxış: 449

Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

Milli.Az bildirir ki, Trend-in Çinin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, zəlzələ 53 nəfərin xəsarət almasına səbəb olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, xəsarət alanlardan 14-ünə artıq bütün lazımi tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Məlumata əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 4,8 min insan işləyir. Xilasedicilər təhlükəli rayonlardan 823 nəfəri təxliyə ediblər.

Bundan əlavə zəlzələ nəticəsində 86 bina dağılıb, 194 binaya ciddi zərər, 2,2 min binaya isə yüngül zərər dəyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.