Dünya

Çində zəlzələ: azı 1 nəfər ölüb, 29 nəfər yaralanıb

8 Sentyabr 2019 09:24
0 Şərh     Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 8-də Çinin Veyyuan qəzasında (Sıçuan vilayəti) 5,4 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.

Onun sözlərinə görə, iki yaralının vəziyyəti ağır kimi qiymətləndirilir. Yeraltı təkanlar nəticəsində 17 ev dağılıb, daha 215 evə ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.