Dünya

Pakistan Hindistan Prezidentinin təyyarəsini öz hava məkanına buraxmadı

7 Sentyabr 2019 23:37
1 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamabad, Nyu-Delhinin Hindistan Prezidenti Ram Nath Kovindin təyyarəsinin Pakistan hava məkanı üzərindən uçması üçün icazə verməsinə dair xahişini rədd edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə məlumatı şənbə günü Pakistanın Xarici İşlər naziri Mehmud Qureşiyə istinadən "Agence France-Presse" (AFP) yayıb.

"Biz bu qərarı Hindistanın davranışına əsaslanaraq verdik", - deyə o bildirib.

Nazir qeyd edib ki, Hindistan Pakistandan bazar günü İslandiyaya səfər etmək niyyətində olan Kovindanın təyyarəsinin uçması üçün hava məkanından istifadə mümkünlüyü barədə soruşub. İslamabad buna imtina ilə cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.