Dünya

İran Almaniyadan təyyarə alır

7 Sentyabr 2019 18:06
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Almaniya şirkətindən uçuşa nəzarət təyyarəsinin satın alınması ilə əlaqədar 9,9 milyon dollar dəyərində müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Aeroportlar və Hava Nəqliyyatı Şirkətinin icra direktoru Siyavuş Əmir Mokri deyib.

S.Əmir Mokrinin sözlərinə görə, Almaniya şirkəti ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyalara görə elan edib ki, hər bir satıcı şirkəti bu təyyarəni istehsalçı şirkətdən sifarişlə satın ala bilər.

Əmir Mokri əlavə edib ki, hazırda təyyarənin təmin olunması üçün üçüncü şirkətlə müzakirələr aparılmaqdadır və nəticə də əldə olunub.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyalar siyahısını bir neçə dəfə genişləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.