Dünya

“Dorian” can almaqda davam edir - Qurbanların sayı qırxı keçdi

7 Sentyabr 2019 18:42
1 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baham adalarında "Dorian" qasırğası nəticəsində azı 43 nəfər həlak olub.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, onlarla adam itkin düşmüş sayılır. Buna görə də, ölənlərin sayının xeyli artacağı istisna edilmir. Bu barədə Baham adalarının baş naziri Hyunert Minnisin nümayəndəsi açıqlamasında bildirib.

"Dağılmış Baham adalalarında qəza və təcili xidmətlər işini davam etdirdikcə, bu sayın xeyli artacağı ehtimal olunur", - məlumatda deyilir.

Hələ də 13 min dağılmış evin qalıqları araşdırılmayıb. Arxipelaqın böyük hissəsi su altında qaldığından, xilasedicilər tam qüvvələri ilə işləyə bilmirlər. Bəzi ərazilərə ancaq vertolyotla getmək mümkündür.

Ən azı 70 min nəfərə təcili kömək tələb olunur. ABŞ prezidenti Donald Tramp müvəqqəti tədbir kimi kruiz gəmilərindən istifadə etməyi təklif.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.