Dünya

“Porsche” 4 piyadanı vurub öldürdü - FOTO

7 Sentyabr 2019 11:44
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada avtomobil piyadaların üzərinə sürülüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident sentyabrın 6-sı Berlin şəhərinin Mitte rayonunda qeydə alınıb.

Məlumata görə, hələ ki, şəxsiyyəti müəyyən olunmayan sürücü yüksək sürətlə idarə etdiyi "Porsche" markalı avtomobili ilə səkidə irəliləyən 5 piyadanı vurub. Nəticədə 1-i uşaq olmaqla 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Bildirilir ki, yaralılardan biri sürücü digəri piyadadır. 

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.