Dünya

Çin ABŞ sanksiyalarından uduzmamağın yolunu tapdı: görün İranda nə edəcək

7 Sentyabr 2019 17:48
0 Şərh     Baxış: 4 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin İranın enerji sektoruna (neft, qaz və neft-kimya sənayesi) 280 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Petroleum Economist jurnalı İranın Neft Nazirliyinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu barədə razılaşma avqustun sonunda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Pekinə səfəri zamanı əldə olunub. Bu, əslində İranla Çin arasında 2016-cı ildəki razılaşma ilə səsləşir: həmin dövrdə neft-qaz sahəsinə yatırımlar çinlilərin 400 milyard dollarlıq investisiya planlarının tərkibinə daxil edilmişdi.

Razılaşmanın şərtləri İrana qarşı ABŞ sanksiyalarının pozulması nəticəsində Çin şirkətləri üçün yarana biləcək neqativ nəticələri minimuma endirməyə hesablanmış bir neçə maddəni də ehtiva edir. Məsələn, neftə görə ödəniş dollarla deyil, keçmiş sovet ölkələri və Afrikadakı biznesdən qazanılmış yuanla olacaq. Çin nefti, qazı və  neft-kimya məhsullarını zəmanətli 12% güzəştlə alacaq, üstəlik, ödənişin həyata keçirilməsi üçün 2 il möhlət hüququna malik olacaq. Həmçinin Çin İranda yeni və yenilənmiş neft-qaz və neft-kimya layihələrində üstün satınalma hüququ əldə edəcək. Çin şirkətləri cənub qonşumuzun ərazisində öz sərmayələrinin qorunması üçün 5 min nəfərədək təhlükəsizlik xidməti əməkdaşı, eləcə də neft tədarükü xətlərinin, o cümlədən Fars körfəzindəki istiqamətdə, təhlükəsizliyinin təmini üçün əlavə əməkdaşları yerləşdirə biləcək.   

Çin həmçinin İranın nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün əlavə 120 milyard dollar yatırım edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.