Dünya

Türkiyə daxili işlər naziri İmamoğlunu istefaya göndərmək istəyir

6 Sentyabr 2019 20:49
0 Şərh     Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yerinə müvəqqəti sədrin təyin olunacağını istisna etməyib.

Milli.Az Sputnik Azərbaycana-a istinadən bildirir ki, Soylu bu məsələ ilə bağlı son qərarını sentyabrın 8-də elan edəcək.

Xatırladaq ki, daha əvvəl Türkiyə DİN rəhbəri İmamoğlunun Diyarbakıra səfərini sərt şəkildə tənqid edib. Səfər zamanı İmamoğlu Xalqların Demokratik Partiyasının (XDP) nümayəndələri ilə görüş keçirib.

Soylu bildirib ki, İmamoğlu öz səlahiyyətlərini yerinə yetirməlidir və əgər öz səlahiyyətlərini yetirmirsə, onda peşman olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.