Dünya

Putin Trampa hipersəs silahı təklif edib: İstəyirsən sizə də verək....

7 Sentyabr 2019 15:33
0 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Rusiya istehsalı olan hipersəs silahı almağı təklif edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Putin özü Şərqi İqtisadi Forum çərçivəsində baş tutmuş plenar sessiyada bəyan edib.

Onun sözlərinə görə, 28-29 iyun tarixlərində Yaponiyada baş tutmuş görüş zamanı Rusiyanın müasir silahları, o cümlədən hipersəs raket kompleksləri müzakirə olunub. Danışıqlar zamanı sazişlərdə bu cür silahların necə qeyd olunması məsələsi müzakirə mövzusu olub, belə ki, dünyada onlara yalnız Rusiya sahibdir.

"Mən Donalda dedim: istəyirsən sənə də hədiyyə edək. Bu yolla tarazlıq əldə edərik. Onlar deyirdilər ki, özləri tezliklə istehsal edəcəklər. Çox güman ki, tezliklə istehsal edərlər. Amma pul xərcləmək nəyə lazımdır ki? Biz artıq xərcləmişik və öz təhlükəsizliyimizə zərər vurmamaqla, tarazlıq yaratmaq məqsədilə onlardan nə isə əldə edə bilərik" - Putin deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya dialoqa hazırdır, lakin Vaşinqtondan məsələ ilə bağlı hələ ki, aydın cavab almayıb.

Rusiya dünyada yeganə ölkədir ki, rəsmi olaraq hipersəs silaha malik olduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.