Dünya

2 azyaşlı övladını evdə tək qoyub sevgilisi ilə görüşə getdi - 9 gün ərzində baş verən dəhşət...

5 Sentyabr 2019 19:19
7 Şərh     Baxış: 7 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın paytaxtı Kiyevdə qandonduran hadisə baş verib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Vladislava Troximçuk adlı 23 yaşlı qadın iki azyaşlı övladını ölümə tərk edib.

Belə ki, Vladislava sevgilisi ilə əylənmək üçün 1 yaşlı oğlu və 3 yaşlı qızını evdə tək qoyub. Oğlan 9 gün boyunca ac və susuz qaldığı üçün ölüb, qız isə ölmək üzrəykən tapılıb. Uşaqlar qonşular tərəfindən aşkar edilib.

Aparılan araşdırma zamanı məlum olub ki, uşaqlar öz nəcislərini və divar kağızlarını yeməyə çalışıblar.

İstintaq tədbirləri nəticəsində saxlanılan "ana" məhkəmədə nə peşmanlığını dilə gətirib, nə də müdafiəsi üçün hər hansı bir söz deyib.

Məhkəmə onun cinayətini sübuta yetirsə, Vladislava 15 il həbs cəzasına məhkum ediləcək.

3 yaşlı qız isə xəstəxanadan müalicəsini bitirdikdən sonra övlad sahibi olmaq istəyən bir ailəyə veriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.