Əfqanıstanın paytaxtı Kabildə iki NATO hərbçisi həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölən hərbçilər Rumıniya və ABŞ-dan olub.
Onların döyüş əməliyyatı zamanı həlak olduğu deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Bu gün Kabildə həmçinin hökumət binalarının, NATO mənzil-qərargahının olduğu ərazidə partlayış törədilib. Bu hadisə nəticəsində 8 nəfər həlak olub.
Milli.Az