Dünya

Boris Consonun nazir qardaşı istefaya gedir

5 Sentyabr 2019 17:19
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş Naziri Boris Consonun qardaşı Cozef Conson kiçik universitet və elm naziri vəzifəsindən gedəcəyini və bundan sonra parlamentin üzvü olmayacağını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, tvitter mikrobloqunda məlumat yayıb.

O, ailə və milli maraqları arasında qaldığı fikir ayrılığına görə postunu tərk edəcəyini bildirib.

Həmçinin, qeyd edib ki, onun vəzifədə olduğu 9 il ərzində ölkənin Baş Naziri 3 dəfə dəyişib: "Bu, həll olunmayan bir gərginlik idi, amma başqalarının parlamentdə və nazirlikdə işə başlamağının vaxtı gəlib çatdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.