Dünya

Kabildə YENƏ PARTLAYIŞ: 13 yaralı - VİDEO

5 Sentyabr 2019 12:49
0 Şərh     Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış paytaxtın səfirlik və dövlət idarələri yerləşən mərkəzi rayonu - Şaş-Darakda qeydə alınıb. Məlumata görə, NATO-nun qərargah-mənzili, ABŞ-ın səfirliyi də bu rayonda yerləşir.

Daxili İşlər Nazirliyinin rəsmisi Nəsrət Rəhimi faktı təsdiqləyərək, insident nəticəsində 13 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir radikal qruplaşma öz üzərinə götürməyib. Partlayışın hansı şəraitdə və səbəbdən baş verməsi məlum deyil, insidentlə bağlı başqa təfərrüatlar açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.