Dünya

ABŞ və Çin arasında yeni razılaşma oldu

5 Sentyabr 2019 10:46
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin baş nazirinin müavini Lyu Xe və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı rəsmilər ticari danışıqların yeni mərhələsinin başlanması barədə razılaşıblar.

Qeyd edək ki, daha öncə, sentyabrda danışıqların yeni mərhələsinin keçiriləcəyi barədə bildirmişdi. Sonuncu dəfə isə iki ölkənin rəsmilər arasında belə yüksək səviyyəli danışıqlar iyulun 31-də Şanxayda baş tutub.

Daha öncə ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam etdiyini qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.