Dünya

Rusiya Ermənistandan balıq idxalını qadağan etdi

4 Sentyabr 2019 13:57
3 Şərh     Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan balıq idxalına müvəqqəti qadağa tətbiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar "Qoyteks" şirkətinin balıq məhsullarında "zelyonka" məhlulunun aşkar olunması ilə əlaqədardır.

Qeyd olunur ki, sentyabrın 5-dən etibarən bu müəssisənin məhsullarının Rusiyaya idxalına məhdudiyyət qoyulub.

Bundan başqa, Qazaxıstandan idxal olunan süd məhsulunda bağırsaq çöpünü aşkar olunması ilə əlaqədar bu məhsulun idxalı da qeyri-müəyyən müddətə qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.