Dünya

Gürcüstanda bəzi nazirlər dəyişdirilir

4 Sentyabr 2019 09:05
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin istefasından sonra bəzi nazirlərin dəyişəcəyi gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası Daxili İşlər və Müdafiə nazirlərini, eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifələrinə yeni namizədlərinin adlarını açıqlayıb.

Hazırkı Müdafiə naziri Levan İzoria Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin rəisi, sabiq Baş nazir İrakli Qaribaşvili Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin sədri Vaxtanq Qomelauri isə Daxili İşlər naziri vəzifəsinə irəli sürülüb. DTX rəisinin birinci müavini Qriqol Liluaşvili isə bu qurumun rəhbəri vəzifəsinə gətirilir.

Qeyd edək ki, hakim partiya namizədlərin siyahısını parlamentə təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.