Dünya

Böyük Britaniyada rekord miqdarda heroin müsadirə edilib

4 Sentyabr 2019 08:59
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın hüquq-mühafizə orqanları rekord miqdarda narkotik maddə heroin ələ keçiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Felikstouv limanında "MV Gibraltar" konteynerində müsadirə edilən 1,3 ton narkotik vasitə dəsmal və xalatların içərisində olub. Narkotiklərin ümumi bazar qiyməti 120 milyon funt sterlinqdən çoxdur.

Məlumata görə, hüquq-mühafizə orqanları əvvəlcədən narkotik daşıyan gəminin Antverpenə yollanacağını və Böyük Britaniya adasında isə müvəqqəti dayanacağını müəyyən ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.