Dünya

“Hizbullah” liderindən canlı yayımda İsrailə şok təhdid

3 Sentyabr 2019 19:34
7 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailə cavab həmləmiz gecə yox, məxsusi olaraq gündüz həyata keçiriləcək. Hücum etsəniz, ən dərinlikdəki mövqelərinizi məhv edəcəyik.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah canlı yayımda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İsrailin şimalına yönəlik əməliyyat ötən həftə Suriyada iki "Hizbullah" nümayəndəsinin və cənubdakı iki pilotsuz uçuş aparatının vurulmasına cavab idi.

Yaşıl xətt üzərində əməliyyata başladıqlarını bəyan edən "Hizbullah" lideri bunun 1948-ci il torpaqlarında olduğunu söyləyib. Həsən Nəsrullahın fikrincə, ən böyük qırmızı xətt elə budur: "Artıq əminliklə deyə bilərəm ki, qırmızı cizgi yoxdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.