Dünya

Bu ölkə 2 milyon müsəlmanı qovur - Xandan etiraz

2 Sentyabr 2019 20:24
3 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Assam ştatındakı 2 milyona yaxın müsəlmanın Hindistan vətəndaşlığını itirmək təhlükəsi ilə üz-üzə qalması Hindistan Xalq Partiyasının apardığı etnik təmizləmənin bir parçasıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan deyib. O, Hindistanı ölkədəki etnik və dini azlıqlara qarşı irqçi mövqe nümayiş etməkdə günahlandırıb.

Xan hindilərin ölkədəki bütün digər qruplardan üstün tutulduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl NDTV Hindistanın şimal-şərqindəki Assam ştatında yaşayan 1.9 milyon insanın Banqladeşə deportasiya edilə biləcəyi barədə məlumat yaymışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.