Dünya

Qazaxıstan Prezidenti ilk dəfə xalqa müraciət etdi

2 Sentyabr 2019 15:35
1 Şərh     Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk dəfə xalqa müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkə başçısı müraciətində iqtisadi, siyasi və sosial sahələrdə bir sıra qərarların qəbul olunduğunu bildirib, hökumət və parlament nümayəndələrinə müvafiq tapşırıqlar verib.

Kasım-Jomart Tokayev mövcud problemlərin həlli üçün Milli Fondun vəsaitlərindən istifadəni dayandırmağı tapşırıb. O, 2022-ci ildən hədəfli köçürmələrin həcminin iki trilyon təngəyə qədər azalacağını bildirib, dövlət tərəfindən 2022-ci ilədək sosial kirayə üçün 240 milyarddan çox pul ayrılacağını deyib.

Əhaliyə hakimiyyət orqanlarının işini qiymətləndirmək imkanı verilə biləcəyini deyən ölkə başçısı pilot layihə olaraq yerli hökumətin səmərəliliyinin əhali tərəfindən qiymətləndirilməsi sistemini tətbiq etməyin mümkünlüyünü bildirib.

Kasım-Jomart Tokayev qazax dilinin dövlət dili kimi güclənəcəyini deyib və zamanla millətlərarası ünsiyyət dilinə çevriləcəyinə inandığını bildirib.

Prezident Qazaxıstan Silahlı Qüvvələrində maliyyə və nizam-intizam məsələlərinə də toxunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.