Dünya

Əsəd ən nüfuzlu qohumunu oğluna görə ev dustağı etdi

1 Sentyabr 2019 12:28
0 Şərh     Baxış: 1 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya Prezidenti Bəşər Əsəd özünün yaxın qohumu Rami Maklufu ev dustaqlığına məhkum edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "San" qəzeti yayıb. Buna əsas səbəb Maklufun oğlu Məhəmməd Maklufun sosial şəbəkələrdəki davranışı olub. Məhəmməd Makluf sosial şəbəkələrdə bahalı maşınlarının, yaxtalarının və özəl villalarının fotolarını paylaşıb. Məhəmməd Maklufun bu addımı yerli KİV-lərdə həm ona, həm də ailəsinə qarşı kəskin tənqidlərə səbəb olub.

Qeyd edək ki, Rami Makluf Suriyada ən nüfuzlu şəxslərdən biri sayılır. Böyük biznesə sahib olan Makluf demək olar ki, bütün sahələrə yatırım edib. Hazırda sərvəti 6 milyard dollar hesab edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.