Dünya

Tiflis son qərarını verdi: Qaxariya baş nazir gətirilir

1 Sentyabr 2019 12:16
0 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda hakim komanda hökumətdə kadr dəyişiklikləri ilə bağlı yekun qərar qəbul edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı İPN yayıb. Məlumata görə, Baş nazir Mamuka Baxtadzeni vəzifəsində Daxili İşlər naziri Georgi Qaxariyanın əvəzləyəcəyi bildirilib. Daxili işlər naziri vəzifəsinə isə yenidən İrakli Qaribaşvili gətiriləcək. Bununla bağlı rəsmi bəyanat gələn həftə veriləcək.

Qeyd edək ki, bundan öncə "Pirveli" televiziyası da analoji məlumatı yayımlamışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.