Dünya

Türkiyə Suriya ilə sərhəddə GƏRGİNLİK - Hərbi texnikalar yerləşdirildi

30 Avqust 2019 16:04
3 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Suriya ilə sərhədə hərbi texnikalar yerləşdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu tədbir terrorçu Kürdüstan İşçi Partiyasının (PKK) PYD / YPG-nin Suriya qanadına qarşı apardığı mübarizə çərçivəsində həyata keçirilib.

Hərbi texnikanın bir hissəsinin Suriyanın şimalına - Fırat Qalxanı və Zeytun budağı hərbi əməliyyatları çərçivəsində azad edilmiş ərazilərə veriləcəyi də bildirilir.

Qeyd edək ki, mayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Manbij bölgəsində əməliyyatlara başlayacağını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.