Dünya

Quşla toqquşan layner təcili eniş etdi

30 Avqust 2019 14:54
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ural Hava Yolları" nın təyyarəsi Sankt-Peterburq (Rusiya) - Xocalan (Tacikistan) marşrutu ilə Koltsovo hava limanına (Yekaterinburq) təcili eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "U6-2641" təyyarəsi Yekaterinburq hava limanına enib.

Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, məcburi enişin səbəbi quşlarla toqquşma olub: "Təcili enişin səbəbi Sankt-Peterburq hava limanından havaya qalxarkən təyyarənin quş sürüsü ilə toqquşması olub. Təyyarə enişi zamanı xəsarət alan olmayıb. Laynerdə 193 sərnişin olub, onlardan 22-si uşaq, 4-ü ekipaj üzvüdür".

"Ural Hava Yolları" isə yanacaq doldurduqdan sonra laynerin uçuşa davam edəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.