Dünya

Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamağı düşünür

28 Avqust 2019 20:14
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamağı düşünür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir ölkənin Nazirlər Kabinetinin iclasında səslənib. İclasda Pakistanın quru yolu ilə Hindistandan Əfaqnıstana gedən ticarət maşınlarına da tam qadağa qoyulması fikri dəstəklənib.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Son vaxtlar isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.