Dünya

Yaponiyada əhaliyə xəbərdarlıq edildi

28 Avqust 2019 21:59
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyalı sinoptiklər Saqa, Fukuoka və Kyüşü adasının şərqində yerləşən Naqasaki prefekturalarında leysan yağışlarla əlaqədar yerli sakinlərin təcili təxliyəsi barədə xəbərdarlıq yayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəbərdarlıq beş ballıq yapon cədvəli üzrə ən yüksək həddə elan edilib. Təxliyə barədə göstəriş və xəbərdarlıq ümumilikdə 1 milyon 200 min sakini əhatə edib.

Saqa prefekturasının bir sıra rayonlarında leysan şəklində 100 millimetrdən çox yağıntı düşüb. Çayların daşması nəticəsində bir çox ərazilər su altında qalıb.

Həmin prefekturada suyun apardığı maşında həyat əlamətlərini itirmiş kişi aşkarlanıb. Həkimlər sonradan onun öldüyünü təsdiq ediblər.

Eyni zamanda, torpaq sürüşmələri barədə də məlumatlar daxil olmaqdadır.

Yaponiya Meteorologiya Agentliyi sakinləri təcili şəkildə təxliyə mərkəzlərinə getməyə çağırır.

Zərər çəkmiş regionlarda nəqliyyatın hərəkətində də problemlər yaranıb. Kyüşü adasının şimalında qatarların hərəkəti dayanıb. Həmçinin bir neçə rayonda sürətli magistrallarda hərəkət qismən məhdudlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.