Dünya

Şinzo Abe: "G7 liderləri Şimali Koreya məsələsində..."

27 Avqust 2019 16:49
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Baş Naziri Şinzo Abe bəyan edib ki, G7 ölkələrinin liderləri ABŞ ilə Şimali Koreya arasında başlanmış prosesi dəstəkləmək barədə razılığa gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ş.Abe bu barədə G7 sammitinin yekununda jurnalistlərin suallarını cavablandırarkən bildirib. Baş Nazirin sözlərinə görə, liderlər ABŞ ilə Şimali Koreya arasında münasibətlərə dəstək vermək və Koreya yarımadasında nüvə silahının ləğvi istiqamətində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Ş.Abe əlavə edib ki, bütün liderlər Şimali Koreya tərəfindən oğurlanan yaponlar məsələsində Yaponiyaya anlayışla yanaşır və onu dəstəkləyirlər.

İqtisadi problemlərdən danışan Yaponiyanın Baş Naziri qeyd edib ki, liderlər qlobal iqtisadiyyat üçün risklərin azaldılması məqsədilə təxirəsalınmaz və hərtərəfli tədbirlərin görülməsi barədə də vahid rəyə gəliblər.

Yaponiya hökumətində və hakim partiyada kadr dəyişikliklərinə toxunan Ş.Abe bunun sentyabrda baş verəcəyini təsdiq edib. Bildirib ki, o, bu çağırışlara yeni baxışla yanaşmalı və həmin məsələdə ardıcıllığa və sabitliyə xüsusi diqqət yetirməlidir.

Baş Nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp ilə görüş zamanı Yaponiya ilə Cənubi Koreya arasında son vaxtlar gərginləşən münasibətlər barədə müzakirələr aparılmayıb. Ş.Abe Cənubi Koreyanı Yaponiyaya verdiyi vədlərə əməl etməyə çağırıb. Baş Nazir deyib ki, Seul hələ də 1965-ci ildə imzalanan və müharibə dövründə məcburi əməyə görə kompensasiya ödənilməsi tələbini həll edən müqaviləni pozmaqda davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.