Dünya

Bu məkana istirahətə getməyin! - Fövqəladə vəziyyət

25 Avqust 2019 10:24
2 Şərh     Baxış: 2 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Samos adasında şiddətli meşə yanğını tüğyan edir. Qabaqlayıcı məqsədlə adadakı beş oteldən turistlər təxliyə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanğın günün ikinci yarısında Mesokampos rayonunda başlayıb. Alovla mübarizəyə 31 yanğınsöndürən və 13 maşın cəlb edilib, qaranlıq düşənədək dörd təyyarə və iki helikopter su atıb. Sonra rayona əlavə qüvvələr və onlarla könüllü göndərilib. Axşama yaxın vəziyyət yaxşılaşıb. A

Yanğın turistik rayondakı mehmanxanaların və yaşayış binalarının yaxınlığında başlayıb. Ehtiyat tədbiri olaraq əvvəlcə iki, daha sonra üç otel təxliyə edilib. Ərazidən min nəfərə yaxın insan çıxarılıb. Turistlərin bir hissəsi dəniz yolu ilə, bir hissəsi isə avtobuslarla daşınıb.

Sutka ərzində ölkə ərazisində 56 yanğının baş verdiyi, onların əksəriyyətinin başlanğıc mərhələsində söndürüldüyü bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.