Dünya

Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23 Avqust 2019 21:45
0 Şərh     Baxış: 597

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar avqustun 27-də Moskvada keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

D.Peskov deyib: "Danışıqlar Moskvada keçiriləcək".

Qeyd edək ki, bu gün iki dövlət başçısı arasında telefon danışığı keçirilib.

Həmin danışıq zamanı prezidentlər Suriyada İdlib de-eskalasiya zonasından yaranan terror təhlükəsinin aradan qaldırılması üçün səylərin artırılması barədə razılığa gəliblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.