Dünya

Brüssel 100 milyard avro ehtiyata malik Avropa Sənaye Fondu yaratmaq istəyir

23 Avqust 2019 18:14
0 Şərh     Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brüssel Avropa İttifaqının qlobal rəqiblərdən geri qaldığı strateji sahələrə vəsait ayırmaq üçün 100 milyard avro ehtiyata malik Sənaye Fondu yaratmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Brüsselin planlarına əsasən, gələcəyin Avropa Fondu (European Future Fund) "Google" və "Apple", həmçinin dünyanın ən iri internet ticarəti platforması olan "Alibaba" kimi korporasiyalarla rəqabətə girə biləcək aparıcı sənaye qrupları və kompaniyalara investisiya ayırmaq üçün üzv-ölkələr tərəfindən maliyyələşəcək.

Layihə müəlliflərinin fikrincə, Avropa xaricində yerləşən kompaniyalar Avropa İttifaqının innovativ dinamikasına güclü zərbə endirməyə qadır misilsiz maliyyə vəsaitinə malikdir. Burada söhbət "Google", "Apple", "Facebook" və "Amazon", habelə qlobal rəqəmsal sənayedə şərtlərini diktə edən "Baidu", "Alibaba" və "Tencent" kimi texnologiya nəhənglərindən gedir.

"Avropada belə kompaniyalar yoxdur. Bu, iqtisadi artım, iş yerləri və Avropanın əsas strateji sektorlara təsiri üçün risk yaradır", - Avropa İttifaqının sənədində belə deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.