Dünya

Yeni iPhone-un üç kamerası olacaq

23 Avqust 2019 15:49
0 Şərh     Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple bir sıra təkmilləşdirilmiş məhsulu, o cümlədən üç fotokameraya malik iPhone Pro telefonunu satışa çıxarmağa hazırlaşır, məlumatı Bloomberg yayıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, agentlik "Gələn ay Kaliforniyanın texnologiya nəhəngi üç yeni iPhone telefonunu anons edəcək. Çox güman ki, onların satışına sentyabrda başlanacaq", - bildirib. 

Qeyd edilir ki, yeni iPhone Pro-nun arxa panelindəki kamera təkmilləşdirilib, onun çəkiliş üçün üçüncü sensoru olacaq. Sensorlar eyni zamanda 3 şəkil çəkəcək və eyni zamanda süni intellekt əsaslı yeni proqram təminatından istifadə edərək kombinə edilmiş şəkli avtomatik korreksiya edəcək.

Agentlik həmçinin bildirib ki, iPhone XR-ı əvəzləyəcək yeni telefonların arxasında ikinci kamera olacaq, bu isə portret rejimini yaxşılaşdıraraq şəkli böyüdəndə keyfiyyətinin itməməsinə səbəb olacaq.

Bundan başqa, Apple yenilənmiş kameralı iPad Pro, Apple Watch və modernləşdirilmiş MacBook Pro buraxmaq niyyətindədir. Qeyd olunur ki, yeni məhsulların istehsalı, həmçinin yeni proqram təminatı dördüncü rübdə şirkətin gəlirinin artırılmasına yönəlib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.