Dünya

Xalq artisti vəfat etdi

21 Avqust 2019 15:54
1 Şərh     Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xalq artisti, aktrisa Aleksandra Nazarova 79 yaşında dünyasını dəyişib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə M.N.Yermolova adına Moskva Dram Teatrının saytında məlumat verilib.

Teatrın art direktorunun müavini Qalina Boqolübova "REN TV"yə açıqlamasında bildirib ki, bir neçə ay əvvəl aktrisa xəstəxanada ağciyərlərində yaranan problemlər səbəbindən müalicə alırmış.

Qeyd edək ki, A. Nazarova 1940-cı il iyulun 17-də Leninqrad şəhərində anadan olub. O, teatr fəaliyyəti ilə bərabər 100-ə yaxın filmdə rol alıb. Bundan əlavə, 30-a yaxın cizgi filminin, eləcə də 70-ə yaxın kinofilmin dublyajında iştirak edib. Aktrisa 2001-ci ildə Rusiya Federasiyasının "Xalq artisti" fəxri adına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.