Dünya

13 yaşlı oğlan qıza görə özünü asdı - FOTO

21 Avqust 2019 12:09
0 Şərh     Baxış: 5 972

13 yaşlı oğlanın intiharı ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmədən verilən məlumata görə azyaşlı oğlan özünü "xəyanət"lə üzləşdiyinə görə öldürüb.

Harry Storey adlı oğlan "Whatsapp"da dostlarına özünü öldürəcəyi barədə mesaj yazsa da, tanışları onun zarafat etdiyini düşünüblər.

Onun axırıncı izlədiyi TV verilişindəki intihar səhnəsindən təsirləndiyi ehtimal olunur. Belə ki, istədiyi qızın başqa oğlanla münasibətini öyrənən azyaşlı özünü asaraq öldürüb.

Hakimin dediyinə görə, ola bilsin ki, Harry özünü öldürmək niyyətində olmayıb, o, sadəcə gördüyü səhnəni canlandırmaq istəyib və nəticədə ölüb.

O, özünü "qalstuk"la asıb. Atası otağa girəndə oğlunun cansız bədənini gördükdə dəhşətə gəlib.

Hadisə Birləşmiş Krallıqda, Berkşir qraflığında baş verib.

İsmayıl
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.