Dünya

İraq aviabazasında silah-sursat anbarında yanğın baş verib

20 Avqust 2019 22:11
0 Şərh     Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın Salah əd-Din vilayətindəki Əl-Bəkr aviabazasında silah-sursat anbarında yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İraqın "NRT" telekanalı bildirib.

Məlumata əsasən, yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Bildirilir ki, aviabaza "Əl-Xəşd əş-Şaabi" qoşunlarına məxsusdur. Yanğın hələ ki, məhdudlaşdırılmayıb.

Qeyd edilir ki, ABŞ qoşunları bazada olan işçilərini təxliyə etməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.