Dünya

İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib

20 Avqust 2019 17:54
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın heç bir limanı, o cümlədən Buşehr və Çabahar limanları Rusiya və ya Hindistana verilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran, Hindistan və Əfqanıstan arasında Çabahar limanı haqda müqavilə imzalanıb.

Hökümət rəsmisi əlavə edib ki, bu müqavilə əslində Hindistanla olan müqavilədir:

"Hindistanın bir şirkəti Şəhid Behişti limanının 5 fazasının 1-ci fazasını 10 il müddətinə istismar və idarə edəcək. Hindistan şirkəti limanın 1-ci fazasında 185 milyon dollar yatırım edəcək. Bu, limanın tam şəkildə hər hansı ölkəyə verilməsi mənasında deyil".

Qeyd edək ki, son günlər İranın Buşehr və Çabahar limanlarının tam şəkildə idarə olunmasının Rusiya və ya Hindistanın sərəncamına verilməsi ilə əlaqədar məlumatlar yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.