Dünya

Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər

21 Avqust 2019 07:14
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni dərs ilinin başlamasına az qalsa da, erməni alimlər tarix dərsliklərində son 10 ildə bu ölkədə baş verənləri yazmaqda aciz qalıblar. Əsas problem siyasi hadisələrin hansı mövqedən şərh olunmasıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistanın Təhsil, Elm və İdman nazirinin müavini Lusina Arakelyan orta məktəblər üçün tarix dərsliklərində məzmunun dəyişdirilməyəcəyini bəyan edib. Bunun əksinə olaraq, nazir Araik Arutyunyan bildirib ki, ən yeni tarixin müəyyən hadisələrinin traktovkası yenidən veriləcək. Bu ziddiyyətlərin fonunda Ermənistanda 1991-ci ildən bəri baş verən hadisələrin tarix kitablarında yazılması məsələsi düyünə düşüb. Ən mübahisəli mövzulardan biri 2008-ci ildə seçkilərdən sonra baş vermiş proseslərin şərhidir. Problemi həll etmək üçün 6 alimdən ibarət komissiya yaradılıb. Onların işləyib hazırladığı kitabın son variantı Milli Təhsil İnstitutuna göndərilib, amma 2013-2018-ci illərə aid hadisələrin şərhini təsdiq etmək mümkün olmayıb. Bunu görən erməni alimlər qərara gəliblər ki, dünya təcrübəsinə müraciət etsinlər: inkişaf etmiş ölkələrdə son 15-20 ilin hadisələri məktəb proqramına daxil edilibmi?

Ermənistan Tarix İnstitutunun direktoru Aşot Melkunyan son illərdə ölkədə cərəyan edən hadisələrə neytral qiymət verildiyini bildirib, lakin hakimiyyət heç də bu fikirdə deyil. O əlavə edib ki, Koçaryanın prezidentliyi dövründə baş vermiş siyasi qalmaqallara siyasi hakimiyyət və məhkəmələr qiymət verməlidir. Onun sözlərinə görə, bu, tarixçi alimlərin işi deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.