Dünya

Şəhərin mərkəzində “Range Rover” “Tesla” ilə toqquşdu: 3 piyada yaralandı - FOTO

20 Avqust 2019 12:49
0 Şərh     Baxış: 2 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Kiyev şəhərinin mərkəzində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında 3 piyada yaralanıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Saksaqansk ilə Lev Tolstoy küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, "Range Rover"in sürücüsü bir neçə avtomobilə çırpıldıqdan sonra piyada keçidinə tərəf istiqamət alıb. Bundan sonra "Range Rover" daha bir maşınla toqquşub, qəzanın zərbindən avtomobil idarəetmədən çıxaraq piyadaları vurub.

Nəticədə "Tesla"nın sürücüsü və 3 piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.