Dünya

"Twitter" dövlət KİV-lərinin reklamını qadağan edəcək

20 Avqust 2019 08:18
0 Şərh     Baxış: 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" internet-korporasiyası dövlət KİV-lərinin reklamını qadağan edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə internet-korporasiyanın bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Gələcəkdə biz dövlət tərəfindən nəzarətdə saxlanılan mediaşirkətlərdən reklam qəbul etməyəcəyik. Onlar "Twitter"idən istifadə edə biləcəklər, lakin reklam verə bilməyəcəklər. Bu siyasət vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən təşkilatlara və müstəqil ictimai kanallara tətbiq edilməyəcək".

Bildirilir ki, dövlət KİV-lərinin "Twitter" platformasından reklamlarını götürmək üçün 30 günləri var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.