Dünya

Türkiyə ordusu Suriyada atəşə tutuldu: 3 ölü, 18 yaralı - VIDEO - FOTO

19 Avqust 2019 16:41
0 Şərh     Baxış: 2 115

Suriyanın İdlib əyalətində Türkiyə ordusunun zirehli texnikasından ibarət konvoy atəşə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, konvoy bir postdan digərinə hərəkət edərkən hücuma məruz qalıb.

Qeyd olunur ki, itkilərin qeydə alınmaması üçün konvoy hərəkəti dayandırıb.

Atəşin Suriya ordusu tərəfindən açıldığı deyilir. Türkiyə ordu rəhbərliyi bölgəyə dronlar göndərib.

Qeyd edək ki, bu gün Türkiyə ordusu Suriya sərhədini keçərək Xan-Şeyhun şəhərinə tərəf hərəkətə başlamışdı.

Milli.Az bildirir ki, Suriyanın İdlib vilayətinin cənubunda prezident Bəşər Əsədin qoşunları Xan Şeyxun şəhərini ələ keçirmək üçün hücuma keçib.

Türkiyənin bu şəhərə yolladığı hərbi karvan atəşə tutulub. Türkiyə XİN-nin yaydığı məlumata görə, atəş nəticəsində 3 nəfər mülki şəxs həlak olub, 12 nəfər yaralanıb.

Türkiyənin Xan-Şeyxun şəhərinə yolladığı karvanda 7 tank və 21 zirehli maşın var.

Suriya Hərbi-Hava Qüvvələrinin karvanın hərəkət etdiyi M5 yolunu bombalaması nəticəsində türk hərbçilər şəhərin cənubuna çata bilməyiblər.

Az sonra Türkiyə HHQ-nin təyyarələrinin həmin məkana yollanacağı gözlənilir.

Əsas məqsəd Suriya ordusunun hücumu nəticəsində türk hərbçilərin mühasirəyə düşməsinə yol verməməkdir.

Türk hərbçilərin alternativ yol arayacaqları, ya da elə həmin yolda blok-postlar quraraq, Suriya ordusunun irəliləməsinə imkan verməməyə çalışacaqları gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.