Dünya

16 yaşlı oğlan anasını, bacısını və nənələrini baltaladı - Səbəbi dəhşətə gətirir - VİDEO - FOTO

19 Avqust 2019 12:14
6 Şərh     Baxış: 28 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbli bütün ailə üzvlərini öldürdükdən sonra intihar edib.

Milli.Az twnews-a istinadla xəbər verir ki, dəhşətli hadisə bazar günü Rusiyanın Ulyanovsk vilayətinin Patrikivo qəsəbəsində baş verib.

16 yaşlı Timur Kimaletdinov Marina adlı anasını, iki azyaşlı bacısını və nənələrini baltaladıqdan sonra canına qəsd edib.

Məktəbin çalışqan şagirdi olan Timurun belə dəhşətli cinayət törətməsi müəllimlərini və sinif yoldaşlarını şoka salıb. O, bir neçə bilik olimpiadasında birinci yer tutub.

O, ailə üzvlərini qətlə yetirdikdən sonra telefon xətləri üçün qurulan qüllədən özünü atıb. Timur özünü öldürməzdən əvvəl mətbəxə stolun üstünə üzərində "təəssüf" sözü yazılan kağız parçası da qoyub. O, ailə üzvlərini öldürdükdən sonra dostuna səsli mesaj göndərib.

"Onları öldürmək asan oldu"

Dostun dediyinə görə, o, ailə üzvlərini paxıllıqdan öldürüb. Belə ki, atasız böyüyən Timur digər ailə üzvlərinin ona sevgi göstərməməsindən hiddətlənib və onlara nifrət bəsləyib.

Dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.