Dünya

"Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir" - BMT Baş katibi

19 Avqust 2019 13:54
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada beynəlxalq humanitar və insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir. Belə hallar araşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Trend-in məlumatına görə, bu barədə BMT Baş katibinin 19 avqust Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciətində deyilir.

Müraciətdə bildirilir: "Ümumdünya Humanitar Yardım günü, öz həyatlarını təhlükə altına qoyaraq başqalarının həyatını xilas etmək və yaxşılaşdırmaq üçün çalışan bütün humanitar yardım işçilərinə həsr olunur.

Bu il, milyonlarla ehtiyac içində olan qadın, kişi və uşaqlara göstərdikləri böyük köməyə görə humanitar yardım sahəsində çalışan qadınlara xüsusi təşəkkürümüzü bildiririk.

Böhran vəziyyətində yaşayan vətəndaşlara yardımdan tutmuş, xəstəliklərin yayılmasına qarşı mübarizəyə qədər - onlar hər zaman ön sırada olublar.

Onların iştirakı yardım əməliyyatlarının əhatə dairəsini genişləndirir və daha effektiv edir.

Qadınların iştirakı həmçinin, fövqəladə vəziyyətlər zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı müvafiq tədbirləri gücləndirir.

Sizi, bu gün və ayın sonunadək onlayn platformalar və sosial şəbəkələr vasitəsilə onların hekayələrini bölüşməyə dəvət edirik.

Bununla, biz humanitar yardım əməliyyatlarında qadınların rolunun gücləndirilməsi kimi ortaq öhdəliyimizi bir daha bəyan edəcəyik.

Dünya liderləri və münaqişə tərəfləri, beynəlxalq hüquqa uyğun olaraq humanitar yardım işçilərinin qorunmasını təmin etməlidir.

Ümumdünya Humanitar Yardım günündə, eləcə də hər gün, dünyanın müxtəlif yerlərində çalışan humanitar yardım işçilərinin yanındayıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.