Dünya

700 mindən çox sakin İranı tərk edib

19 Avqust 2019 16:54
0 Şərh     Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir ildə 714 154 nəfər İranı tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, İranın Əmək, Kooperasiya və Sosial Rifah Nazirliyinin Statistika və Strateji İnformasiyalar Mərkəzinin statistikasında qeyd olunub.

Statistikaya əsasən, İrandan gedənlərin 588 312 nəfəri şəhərlərdən, 122 841 nəfəri isə kəndlərdən gedib.

İrandan gedənlərin əksəriyyəti (52,8%) ailəsinə görə ölkəni tərk edib.

İranı tərk edənlərin 10%-i iş tapmaq, 6,5%-i isə yaxşı iş tapmaq üçün başqa ölkəyə səfər edib.

Ölkədən gedənlərin 302 817 nəfəri (42,6%) iqtisadi baxımdan fəal olub. Onların 234 064 nəfəri (77,3%) işləyən, 68 753 nəfəri (22,7) işsiz olub.

İrandan getməyin səbəbi

Şəhərlər (faizlə)

Kəndlər (faizlə)

Toplam (faizlə)

İş tapmaq

10,1

9,1

10,0

Yaxşı iş tapmaq

6,4

7,3

6,5

İşi nəql etmək

4,3

1,8

3,9

Təhsil

4,4

1,0

3,8

 

Təhsili bitirmək

1,1

2,0

1,2

Vəzifə yerinə yetirmək

0,6

2,1

0,9

Vəzifəni sona çatdırmaq

3,7

13,5

5,4

Ailə ilə birlikdə getmək

53,9

47,8

52,8

Digər

15,5

15,4

15,5

Cəm

100

100

100

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.