Dünya

Alpbax Avropa Forumu işə başlayıb

18 Avqust 2019 21:02
0 Şərh     Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 18-də Avstriyanın Tirol əyalətində yerləşən Alpbax qəsəbəsində ənənəvi Alpbax Avropa Forumu işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ikinci dünya müharibəsindən sonra hər il təşkil olunan forumda bu il azadlıq və təhlükəsizlik əsas müzakirə mövzuları olacaq. Forumda beş mindən artıq siyasət, iqtisadiyyat, elm və incəsənət xadimləri, mətbuat nümayəndələri, ekspert və tələbələrin iştirakı gözlənilir.

Forumun Təşkilat Komitəsindən bildirilib ki, liberal demokratiya, bazar iqtisadiyyatı və qloballaşma şəraitində müasir dünyamızdakı iqtisadi proteksionizm, qeyri-liberallıq və insan azadlıqlarını məhdudlaşdıran təhlükəsizlik siyasəti diqqət mərkəzində dayanacaq, səbəb və hərəkətverici qüvvələrin analizi ilə yanaşı, perspektiv və yeni istiqamətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Alpbax Avropa Forumunun proqramı ənənəvi olaraq bir neçə hissəyə bölünür. Bunlara seminar həftəsi, səhiyyə, təhsil, hüquq, texnologiya, siyasət, iqtisadiyyat və maliyyə bazarına həsr olunmuş iki-üç günlük "Alpbax söhbətləri" adını daşıyan konfranslar, tələbə və gənc mütəxəssislər üçün yay kursları və media akademiyası daxildir.

Yetmişdən artıq ölkənin nümayəndələrinin qatıldığı forum öz işinə avqustun 30-da yekun vuracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.