Dünya

İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

18 Avqust 2019 19:17
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terrorçu qruplaşması şənbə günü Kabildəki toyda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Reyter" agentliyi bildirib.

Partlayış şənbə günü yerli vaxtla 22.40-da Kabilin şadlıq evlərindən birində baş verib. Partlayıcı qurğunu intiharçı işə salıb. Şahidlərin dediyinə görə, həmin vaxt otaqda onlarla insan olub.

Son məlumatlara görə, 63 nəfər həlak olub, 180-dən çox insan yaralanıb. Əfqanıstan prezidenti Əşrəf Qani hücumu qınayıb və həlak olanların yaxınlarına başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.