Dünya

Sevgilisi ilə bıçaqladı, sonra kəsərək pəncərədən atdı – Qayınana dəhşəti

17 Avqust 2019 19:23
0 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Novqorod şəhərində keçmiş kürəkənini öldürüb qasıqlarını kəsərək pəncərədən atan qadın sevgilisi ilə həbs olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, qatil qadının qızının telefon zəngindən sonra olay yerinə gəlib.

Adı açıqlanmayan 49 yaşlı qayınana ilə keçmiş kürəkən Dmitri Boqdanov arasında mübahisə təzminat üstündə yaranıb.

Qızına təzminat ödəməkdən imtina etməsindən qəzəblənən qadın 32 yaşlı Boqdanovu bıçaqlayıb. Bununla da qəzəbi soyumayan qadın keçmiş kürəkəninin qasıqlarını kəsərək pəncərədən həyətə atıb.

Olaydan sonra polisə zəng edən qadının qızı ondan şikayətçi olub. Nəticədə qatil qayınana həbs olunub.

Qayınana polisə ifadəsində olay vaxtı sevgilisinin də Boqdanova bıçaq zərbəsi vurduğunu açıqlayıb.

Polis Dmitro Boqdanovun bədənində 27 bıçaq yarası aşkar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.