Dünya

Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə

17 Avqust 2019 10:34
0 Şərh     Baxış: 9 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xına gecəsində faciə baş verib.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyənin Samsun şəhərinin Çarşamba qəsəbəsində təşkil olunan xına mərasimində atışma olub.

Qız tərəfi ilə oğlan tərəfi arasında yaranan mübahisə silahlı münaqişə ilə bitib. Tüfəngdən açılan atəş nəticəsində 1-i uşaq, 4-ü qadın olmaqla 7 nəfər yaralanıb.

Yaralılar Samsun şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.