Dünya

Pakistan Hindistanla sərhəddə 3 əsgərinin öldüyünü deyir

15 Avqust 2019 21:08
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan cümə axşamı Kəşmir bölgəsindəki sərhəddə əsgərlər arasında baş verən atışma zamanı 3 əsgərinin öldürüldüyünü bildirib. Hindistan isə nəinki Pakistanın, özünün də 5 əsgərinin öldüyünü inkar edir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur Twitter səhifəsində Hindistan osdusunun mübahisəli sərhəd bölgəsini atəşə tutduğu zaman Pakistanın 3 əsgərinin öldüyünü yazıb. O, atışma zamanı Hindistanın da 5 əsgərinin öldürüldüyünü bildirib.

Hindistan ordusunun nümayəndəsi bu məlumatı təkzib edib. "Xəsarət alan yoxdur. Bu məlumat yalandır " - deyə, o bildirib.

Hindistan ordusunun bəyanatında cümə axşamı yerli vaxtla saat 07.00-dan etibarən Pakistanın iki dövlət arasındakı atəşkəs razılığını pozduğunu bildirilib.

Nüvə silahına malik qonşular arasında gərginlik Hindistanın müsəlmanların çoxluq təşkil etdiyi Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra arıb. Bu, qərar həmin bölgəyə iddiası olan Pakistanı qəzəbləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.