Dünya

Cəbəllütariqdə həbs edilmiş İran tankeri buraxılacaq

15 Avqust 2019 20:06
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbbəlütariqdə saxlanmış İran tankeri ABŞ rəsmilərinin son istəyinə baxmayaraq buraxılacaq, məhkəmə qərar verib.

Cəbəllütariq hakimiyyəti Suriyaya yollandığına görə iyul ayında həbs olunmuş Grace1 İran tankerinə qarşı ittihamlara xitam verib.

Cəbəllütariq tərəfindən ittihamlar ləğv olunduqdan sonra Grace1 tankerinin həbsdən azad olunacağı gözlənilirdi.

Lakin bundan sonra məlum olub ki, ABŞ Ədliyyə Nazirliyi tankerin həbs müddətinin uzadılması barədə Cəbəllütariq tərəfinə sorğu göndərib.

ABŞ-ın sorğusuna Cəbəllütariqin Baş prokuroru baxıb.

Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ-ın istəyi ilə bağlı şərh verməyib.

Grace 1 neft tankeri iyulun 4-də Britaniyanın xarici ərazisi olan Cəbəllütariq liman xidmətləri və Britaniya hərbi dəniz qüvvələri tərəfindən həbs olunmuşdu.

Həmin hadisədən bir müddət sonra isə İran tərəfi Hörmüz boğazında Britaniya bayrağı altında üzən və 23 nəfər heyəti olan Stena İmpero neft tankerini saxlayıb.

İran Stena Impero tankerinin Hörmüz boğazında balıqçı gəmiylə toqquşduğunu bildirərək saxlayıb.

May ayında ABŞ İranı Oman körfəzində neft tankerlərinə iki hücum keçirməkdə ittiham edib - Tehran isə həmin ittihamları rədd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.