Dünya

Təyyarə yandı - Aeroport işini dayandırdı

15 Avqust 2019 17:09
0 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyanın Şennon hava limanında "Omni Air International" aviaşirkətinə məxsus "Boeing 767" təyyarəsində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə yerdə olarkən dispetçer tüstülənmə müşahidə edib və bu barədə heyət üzvlərinə məlumat verib.

Təyyarədəki yanğının qarşısı alınıb, sərnişinlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Təyyarənin uçuş-eniş zolağından çıxarılması ilə əlaqədar hava limanının işi dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.