Dünya

BƏƏ son altı ildə 60 milyard dollara yaxın birbaşa xarici sərmayə cəlb edib

16 Avqust 2019 04:30
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirlikləri son altı ildə (2013-ci ildən 2018-ci ilin sonuna kimi) ərəb ölkələri arasında ölkəyə cəlb edilmiş birbaşa xarici sərmayələrin həcminə görə lider ölkədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf konfransının qlobal investisiyalar haqqında hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu müddət ərzində BƏƏ ölkəyə 59,732 milyard dollara yaxın birbaşa sərmayə cəlb edib. Belə ki, 2013 ildə ölkəyə cəlb olunan birbaşa sərmayələrin həcmi 9,765 milyard dollar, 2014-cü ildə 11,072 milyard dollar, 2015-ci ildə 8,551 milyard dollar, 2016-cı ildə 9,605 milyard dollar, 2017-ci ildə 10,354 milyard dollar və 2018-ci ildə isə 10,385 milyard dollar olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.